İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri dünən Hikmət Hacıyev və Samir Şərifovla görüşlər keçirib.
ru.arannews:parstoday-İranın Azərbaycan Respublikasındakı səfirliyinin sosial mediadakı hesablarında verilən məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb. Məlumatda deyilir ki, görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.