Tarix : 2024 Feb 14
Kod 64632

Ermənistan-Azərbaycan sərhədində atəşkəs pozulub

Ermənistan tərəfi dünən gecə Ermənistanın sərhəd mövqelərinin Azərbaycan tərəfindən hədəfə alınması nəticəsində 4 erməni əsgərin öldüyünü bildirib.
arannews:parstoday-Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 13-də saat 5:30-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin And kəndi yaxınlığında yerləşən mövqelərini atəşə tutublar. Nəticədə 4 erməni əsgəri həlak olub, 1 nəfər də yaralanıb.

Azərbaycan Sərhəd Xidməti bu qün  “Qisas” əməliyyatının keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası mediaları ermənilərin Nerkin And kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan sərhədçilərini atəşə açmalarından xəbər verdi. Nəticədə bir Azərbaycan əsgərinin yaralandığı bildirilib.

Azərbaycan Sərhəd Xidməti bildirib ki, bu gün keçirdiyi qisas əməliyyatında ötən gün Azərbaycan mövqelərini atəşə tutan ermənilərin döyüş postu məhv edilib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu bölgədə atışma bu gün saat 9:30-da dayandırılıb.

  • Yazılıb
  • da (də) 2024 Feb 14
  • Göndərən رضا رستمی