Türkiyə Prezidenti Dubayda keçirilən Dünya Hökumətlər Zirvə toplantısında çıxışı zamanı vurğulayıb ki, fələstinli qardaş və bacılarımızı sığınacaqsız, köməksiz və tək qoymayacağıq.
arannews:irna-Rəsmi görüşlər məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə səfər etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumətlər Sammitində iştirak edib və çıxış edib.
Bu görüşdə o, sionist rejimin Qəzzaya hücumlarına diqqət çəkərək deyib: “Fələstinli qardaş və bacılarımızı sığınacaqsız, köməksiz və tək qoymayacağıq.”
Ərdoğan həmçinin bildirib: “Bölgəmizdə sülhün, əmin-amanlığın və iqtisadi inkişafın yolu Fələstin dövlətinin yaranmasından keçir.”
O, qeyd edib ki, paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil və vahid Fələstin dövləti qurulmayana qədər atılan hər addım yarımçıq qalacaq.
İsrailin özünü beynəlxalq hüquqdan üstün hesab edən bir ölkə olduğuna diqqət çəkən Ərdoğan deyib: “Onilliklər boyu işğal, qəsb, dağıtma, öldürmə siyasətindən əl çəkməyib.”
“İsrail davamlı sülh istəyirsə, iddialı arzularından əl çəkməli və 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin mövcudluğunu qəbul etməlidir” - deyə, Ərdoğan bildirib.