Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan və Azərbaycan sərhədlərindəki münaqişəyə münasibət bildirərək deyib: “Biz qətiyyətlə, Bakı və İrəvanı təmkin nümayiş etdirməyə çağırırıq.”
arannews:irna-Mariya Zaxarova çərşənbə günü keçirdiyi mətbuat konfransında əlavə edib: “Ermənistan və Azərbaycanın hakimiyyət orqanlarının gərginliyi azaltmaq üçün addımlar atacağı və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinəcəyi gözlənilir.”
“TASS”-in məlumatına görə, AZƏRTAC dövlət xəbər agentliyi bazar ertəsi, 12 fevralda bu ölkənin Sərhəd Xidmətinə istinadən yazıb ki, Ermənistan ərazisindən Azərbaycanın sərhəd qoşunlarının mövqelərinin atəşə tutulması nəticəsində bu ölkənin bir sərhədçisi yaralanıb. Bunun ardınca Bakı və İrəvan bir-birini sərhəddə mövqelərini atəşə tutmaqda ittiham ediblər.
13 fevralda Ermənistan Müdafiə Nazirliyi bildirdi ki, ilkin məlumatlara əsasən, Azərbaycan Respublikasından atəşə tutulması nəticəsində erməni tərəfdən iki nəfər həlak olub.