Prezident Qəzzadakı mövcud vəziyyəti dünyaya hakim kəsilmiş hazırkı ədalətsiz quruluşun təzahürü və güzgüsü hesab edərək deyib: “Qəzzada davam edən soyqırım və bəşəriyyətə qarşı cinayətlər mövcud ədalətsiz quruluşu ədalətli nizamla əvəz etmək üçün birgə çalışmağı daha da zəruri edib.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü axşam saatlarında Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovla görüşündə İran və Rusiyanın, xüsusən də Tatarıstan Respublikasının müxtəlif iqtisadi, sənaye, elmi, biliyə əsaslanan fəaliyyətlər və turizm sahələrində əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, Avrasiya regionu ölkələri arasında iqtisadi sazişin həyata keçirilməsi üzrə qarşılıqlı imkanlarına toxunaraq, bunu ikitərəfli əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli sahə hesab edib.
Prezident iki ölkənin ikitərəfli, regional və beynəlxalq sahələrdə ortaq baxışı ilə yanaşı, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında strateji əlaqələri də İranın Rusiya və Tatarıstan Respublikası ilə əlaqələrinin genişləndirilməsi üçün digər əlverişli sahələr adlandıraraq deyib: “Təkqütblülüyə qarşı çıxmaq, müstəqilliyi qoruyub saxlamaq və müstəmləkəçilik qarşısında müqavimət İran və Rusiyanın ortaq yanaşmalarındandır və iki ölkə arasında daha sıx münasibətlər üçün əlverişli platforma hesab olunur.”
Prezident Qəzzadakı mövcud vəziyyəti dünyanı idarə edən hazırkı ədalətsiz quruluşun təzahürü və güzgüsü hesab edərək deyib: “Qəzzada davam edən soyqırım və bəşəriyyətə qarşı cinayətlər mövcud ədalətsiz quruluşu ədalətli nizamla əvəz etmək üçün birgə çalışmağı daha da zəruri edib.”