Tarix : 2024 Feb 15
Kod 64640

İranın hərbi dəniz texnologiyası inkişaf edir Sepah 3 yüksək sürətli qabaqcıl sualtı qayıq hazırlayıb

İslam İnqilabının Keşikçiləri Korpusu – Sepah 3 yüksək sürətli qabaqcıl sualtı qayıq hazırlayıb.
arannews:parstoday-Sepah Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri bu barədə deyib ki, uzaq mənzilli raketləri quraşdırmaq qabiliyyətinə malik 3 yüksək sürətli təkmil üzən sualtı qayıq yerli mütəxəssislər tərəfindən layihələndirilib və inşa edilib.

Onun sözlərinə görə, sürətli qayıqların dizaynında və konstruksiyasında dayanıqlılıq, dənizə yararlılıq və dənizçilik məsələlərinə diqqət yetirilib.

Sepah komandanı onu da qeyd edib ki, dünyada ilk dəfə olaraq dağıdıcı gücə və yüksək dəqiqliyə malik 8 metrlik gəmiyə 30 kilometr mənzilli raket quraşdırılacaq.

  • Yazılıb
  • da (də) 2024 Feb 15
  • Göndərən رضا رستمی