Gürcüstan və Türkiyənin xarici işlər nazirləri regionda güclü və sabit inkişaf üçün sülhün bərqərar olmasının vacibliyini bir daha vurğuladılar.
arannews:parstoday-Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Nazirlər regionda güclü və sabit inkişaf üçün sülhün bərqərar olmasının vacibliyini bir daha vurğuladılar. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu qeyd olunub", - məlumatda deyilir.
Qeyd olunub ki, Türkiyədə keçirilən görüşdə tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialını müzakirə ediblər. Bu kontekstdə Bakı-Tbilisi-Qars kəmərinin, eləcə də "Orta Dəhliz"in reallaşdırılmasının vacibliyi qeyd edilib.
Nazirlər Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün bu ilin martında baş tutacağını qeyd ediblər.