Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışının perspektivlərini müzakirə edirlər.
arannews:parstoday-Mariya Zaxarova brifinq zamanı deyib: “Ermənilərin qayıdışı onların hüquq və təhlükəsizliyinin etibarlı qorunması şəraitində həyata keçirilməlidir”. Zaxarova bunu da qeyd edib ki, Bakı və Moskva Dağlıq Qarabağda birgə patrul xidmətinin təşkilini müzakirə edirlər.
Rusiya XİN-nin nümayəndəsi həmçinin bildirib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundakı fəaliyyətinin müzakirələri müntəzəm və konstruktiv xarakter daşıyır.