arannews:parstoday-İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 18-ci iclasında İslam Respublikası İran əczaçılıq məhsullarını Ermənistana ixrac etməyə hazır olduğunu bildirib. Bu barədə İRNA məlumat yayıb.
İran-Ermənistan müştərək iqtisadi komissiyasının fevralın 14-də keçirilən 18-ci iclasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İranın Ərzaq və Dərman Administrasiyasının rəhbəri Heydər Məhəmmədi ölkənin yerli istehsal olan dərmanları Ermənistana ixrac etməyə hazır olduğunu açıqlayıb.
Qeyd olunur ki, Ermənistanın səhiyyə nazirinin müavini Lena Nanuşyan İranın dərman preparatları və tibbi avadanlıq istehsalı sahəsində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Ermənistan İranla sağlamlıq turizmi və digər sahələrdə əməkdaşlığı alqışlayır.