Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) üzvü vurğulayıb ki, sionist əsirlərin həyatına görə məsuliyyət baş nazir Binyamin Netanyahu və Sionist Müharibə Şurasının üzərinə düşür.
arannews:irna-HƏMAS hərəkatının siyasi bürosunun üzvü Hisam Bədran verdiyi açıqlamada bildirib ki, sionist rejimin baş naziri və bu rejimin müharibə şurası müqavimət qüvvələrinin əlində olan əsirlərin həyatına cavabdehdir. O, vurğulayıb ki, sionist ordu komandanlarının təhdidləri müqavimət və HƏMAS hərəkatının komandirlərinə təsir etməyəcək.
Bədran əlavə edib: Sionist düşmənlə danışıqlar zamanı biz Fələstin xalqının mənafeyini və tələblərini nəzərə alacağıq və bizim prioritetimiz Fələstin xalqına qarşı qətliam və təcavüzün dayandırılmasıdır.
Bu Həmas üzvü davam etdi: Netanyahu şəxsən danışıqlar prosesində irəliləyişin qarşısında dayanır. İstənilən beynəlxalq tərəfin Qəzza xəstəxanalarını araşdırmasına və təftiş etməsinə hazırıq.