Tarix : 2024 Feb 18
Kod 64651

İranın Müdafiə naziri: Arman və Azərəxş raket sistemləri hədəfləri ən qısa müddətdə məhv edir

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri müdafiə sənayesinin iki böyük nailiyyətinin nümayiş olunmasına toxunaraq deyib: “Arman və Azərəxş raket sistemləri ən qısa müddət və məsafədə hədəflərlə qarşılaşa və onları məhv edə bilir.”
arannews:parstoday-General-mayor Məhəmmədrza Aştiyani şənbə günü (17 fevral) ölkənin müdafiə şəbəkələrinə yeni sistemlərin təqdimat mərasimində deyib: “Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyəti istiqamətində və söz verdiyimiz açılışların davamında bütün səylərini müdafiə sahələrinin ehtiyaclarını təmin etməyə, silahlı qüvvələrin texnika və avadanlıqlarına dəstək verməyə yönəldib. Bu gün biz müdafiə sənayesinin daha iki böyük nailiyyətinin açılışının şahidiyik.”

Müdafiə naziri əlavə edib: “Uca məqamlı şəhid Arman Əliverdinin xatirəsi ilə bu gün açılışı olan Şəhid Arman Sistemi tam mənada əməliyyat sistemi olaraq orta məsafə və yüksək hündürlüyə malikdir, 180 km məsafədəki hədəfləri müəyyən edə və 120 km məsafədə onlarla qarşılaşa və məhv edə bilir.”

General-mayor Aştiyani vurğulayıb: “Bu sistem çox çevikdir, 3 dəqiqədən az müddətdə əməliyyata hazır olur və ölkənin hava məkanını qorumaq üçün etibarlı örtük təmin edir.”

 

  • Yazılıb
  • da (də) 2024 Feb 18
  • Göndərən رضا رستمی