Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: “Bizim bütün qonşu ölkələrlə yaxşı münasibətlərimiz var. İstər şimalda Azərbaycan, istər cənubda Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman və Küveyt, istər qərbdə Türkiyə və İraq, istər şərqdə Əfqanıstan və Pakistanla yaxşı münasibətlərimiz var.
arannews:irna-Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini doktor Əli Baqiri: Qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə qardaşlıq, dostluq və qırılmaz bağlar yaratmaq İran İslam Respublikası hökumətinin qəti və strateji qərarıdır Hökumətin qonşu dövlətlərlə strateji qarşılıqlı əlaqəsi var və Prezidentin özü də xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiya sahəsində fəal olan dövlət başçısı kimi qonşu ölkələrlə münasibətlərimizdə çox mühüm düyünlər aça bilmişdir.
Bizim yaxşı münasibətlərimiz olan və bundan sonra da olacaq və olması vacib ölkələr arasında Azərbaycan da vardır. İran və Azərbaycanın qırılmaz bağları, irəliləyən və inkişaf edən əlaqələri var.
Regional və qonşu dövlətlər qarşısında prioritetimiz gərginliyin azaldılmasıdır. Biz əcnəbilərin bizimlə bəzi qonşularımız arasında yarana biləcək boşluqlardan istifadə etməsinə imkan verməyəcəyik.
Qonşu ölkələrlə, o cümlədən Azərbaycanla çox strateji və köklü əlaqələri möhkəmləndirməklə, kollektiv təhlükəsizliyə malik sabit region yaratmağa mütləq ciddi iradəmiz vardır ki, beləliklə Amerikanın bölgədən çıxması üçün platforma yaransın.