Türkiyədə özəl məktəblərdə milad bayramı, Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib. Bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.
arannews:parstoday-“Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixo-sosial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”, - məlumatda deyilir. Qeyd olunur ki, özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib:
“Bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək”.
Qeyd edək Azərbaycan Respublikası başda olmaqla keçmiş Sovet İttifaqının müsəlman ölkələri də bəzi əcnəbi bayramları qeyd etməyə, xristian ilinin başlanğıcını bayram etməyə yönəldiliblər. Bu Respublikalar müstəqillik əldə etdikdən sonra hələ bu sahədə islahatçı addımlar atmayıblar. Üstəgəl bu müddətdə həmin ölkələrdə qərb qrumları və medialarının məqsədyönümlü fəaliyyətləri nəticəsində bəzi anlamsız və eybəcər günlər də təqvimə daxil edilib.
Türkiyənin gec də olsa qərbin bu sahədəki nüfuzuna mane olmaq qərarına gəlməsinin, digər müsəlman ölkələrinə də nümunə götürüləcəyi gözlənilir.