Tarix : 2024 Feb 19
Kod 64654

İran rəsmən Ümumdünya Etnik İdman Konfederasiyasına üzv olub

İranın kənd və köçəri tayfa idmanı və yerli idman oyunları federasiyası rəsmən Ümumdünya Etnik İdman Konfederasiyasına üzv olub.
arannews:parstoday-Altmışdan çox ölkənin nümayəndələrinin iştirakı ilə altıncı    Ümumdünya Etnik İdman iclası fevralın 16-dan 18-dək Türkiyənin Antaliya şəhərində keçirilib.

Dünya səviyyəsində ənənəvi idman növlərinin inkişaf yollarını araşdıran iclas zamanı İranın kənd və köçəri tayfa idmanı və yerli idman oyunları federasiyasının rəsmən Ümumdünya Etnik İdman Konfederasiyasına üzv olması məsələsi təsdiq edilib və İranın üzvlüyünün rəsmi sertifikatı sözügedən konfederasiyanın sədri Nəcməddin Bilal Ərdoğan tərəfindən İran federasiyasının sədri Əli-Rza Pəsəndidəyə təqdim olunub.

İclasda Rusiya, Azərbaycan, Türkiyə, Konqo, Özbəkistan, Syerra-Leon və Qırğızıstanın idman nazirləri/ idman nazirlərinin panelində ölkələrin mədəniyyətlərinin bərpası və yayılması üzrə amil kimi ənənəvi idman növlərinin genişləndirilməsinin önəmini vurğulayıblar. Bildiriblər ki, öz ölkələrində ənənəvi idman növlərinin genişləndirilməsinə özəl dəstəyə malik olacaqlar.

İclasın ixtisas bölmələrində Əli-Rza Pəsəndidə dünyadakı  ənənəvi idman növlərinin ensiklopediyasının yaradılması, qadınların bu idman növlərində iştiraklarının genişləndirilməsinə dəstək, ənənəvi idman növləri üçün vahid qanunların təyini istiqamətində təlim kurslarının keçirilməsi barədə təkliflər irəli sürüb. Həmçinin müxtəlif ölkələrlə anlaşma üçün yeddi daş oyununun təqdim edilməsi və İranın bu yerli idman növünə beynəlxalq səviyyədə rəvac verilməsi, Əli-Rza Pəsəndidənin ixtisas yığıncaqlarındakı addımlarından olub.

 Müxtəlif ölkələrin ənənəvi idman növlərinin başçıları ilə görüşlər və qarşılıqlı əməkdaşlıq üçün məşvərət/ İran federasiyası sədrinin iclasdakı proqramlarının digər bir hissəsi olub.

  • Yazılıb
  • da (də) 2024 Feb 19
  • Göndərən رضا رستمی