arannews:parstoday-️Şübhəsiz, 1356-cı il Bəhmən ayının 29-u günündə baş vermiş hadisə tarixin dönüş nöqtəsi idi. Bu gün adi bir gün deyildi ki, başlasın, bitsin və bir daha olmasın. Xeyir, bu hadisə başladı, davam etdi və getdikcə yüksələrək böyük nəticələr göstərdi və tarixin dönüş nöqtəsinə çevrildi.Baxın bu hadisədə nələr baş verdi? Təbriz hadisəsi hakim rejimin üstünü örtmək istədiyi 19 Deydə baş vermiş hadisələrə yenidən can qatdı və buna daha da təkan vermiş oldu. Qum hadisəsini Qumdan bütün ölkə miqyasına çəkə bildi. Bəli, Təbriz hadisəsi bunu etdi. Müqavimət ruhu ilə, inqilabi şövqlə başlayan qiyam, bütün ölkəyə yayıldıqdan təxminən bir il sonra 22 Bəhmən hadisəsinin baş verməsinə səbəb oldu. İran bu üzdən başqa bir üzə çevrildi. Tarixin dönüş nöqtəsi yəni, bu.