HƏMAS-ın yüksək rütbəli rəsmisi çərşənbə axşamı 24-cü İran Media Sərgisi çərçivəsində keçrilən mətbuat konfransında deyib: İşğalçı sionist rejimi ilə atəşkəs üçün müqavimətin şərtləri pozula bilməz və Rəfaha hücum müqavimətin güclü və qəti cavabı ilə qarşılanacaq.
arannews:irna-İslami Cihad hərəkatının üzvü Əli Əbu Şahinin iştirakı ilə keçirilən bu mətbuat konfransında Üsamə Həmdan Qərbin Qəzzədəki sionist rejimin cinayətlərində şərik olduğunu bildirib və əlavə edib: Dünya Qəzzada humanitar fəlakətin şahidi olsa da, Amerika və bəzi Avropa ölkələri işğalçı rejimin cinayətlərinə məhəl qoymur.
O əlavə edib: Millətimiz sabitdir və Fələstin müqaviməti göstərdi ki, böyük gücə malikdir və sionist ordusu müqavimət qüvvələrinə qarşı çıxılmaz vəziyyətdədir.
Fələstin müqavimətinin bu yüksək səviyyəli üzvü müqaviməti Fələstin xalqı ilə İslam-Ərəb ümmətinin vəhdətinin səbəbkarı hesab edib və əlavə edib: Müharibənin başa çatması və işğalçıların geri çəkilməsi, humanitar yardımların buraxılması, Qəzzanın yenidən qurulması, əsirlərin azad edilməsi Fələstin müqavimətinin atəşkəs razılaşmasını qəbul etmək üçün irəli sürdüyü tələblərdir və bu tələblərdən geri çəkilməyəcək.
Üsamə Həmdan dedi: Biz insanların hüquqlarından vaz keçə bilmərik. Fələstinin tarixi Əl-Əqsa tufanı və oktyabrın 7-si ilə başlamır. Fələstin xalqı qondarma İsrail rejimi qurulandan bu yana bu rejimin qəddarlığına və cinayətlərinə şahidlik edib və biz əlimizdən alınmış bu haqlar uğrunda canımızdan keçməyə hazırıq.