Amerikanın Təhlükəsizlik Şurasının Qəzza zolağında təcili humanitar atəşkəsin yaradılmasına dair qətnamə layihəsinə veto qoymasının ardınca, Çinin BMT-dəki təmsilçisi bu vetonu Qəzzada qırğının davam etdirilməsi üçün yaşıl işıq adlandırıb.
arannews:irna-Bu ölkənin nümayəndəsi Jang Jun, ABŞ-ın atəşkəs qətnaməsinə veto qoymasına münasibət bildirərək vurğulayıb: “Əlcəzairin Qəzzada atəşkəs yaratmaq üçün təklif etdiyi qətnaməyə ABŞ tərəfindən veto qoyulması əslində İsrailin Qəzza zolağında qətliamları davam etdirməsi üçün yaşıl işıqdır.” Çinin BMT-dəki səfiri bu vetonun beynəlxalq hüququ, “Beynəlxalq Məhkəmə”nin və “BMT-nin baş katibinin” göstərişlərini pozması adlandıraraq deyib ki, Təhlükəsizlik Şurası İsrailin Qəzzaya hücumlarında beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına qəti şəkildə cavab verməli və qlobal idarəçiliyi də dəstəkləməlidir.