Tarix : 2024 Mar 09
Kod 64676

İran XİN: BMT insan hüquqları mexanizmləri bəzi rejimlərin pis və qeyri-qanuni məqsədlərinin oyuncağıdır

Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Beynəlxalq faktaraşdırıcı komitə deyilən qurum son hesabatını təqdim etməklə, təsisçilərin gündəliyinə uyğun fəaliyyət göstərdiyini və onlardan maaş aldığını, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mexanizmlərinin bəzi rejimlərin pis və qeyri-qanuni məqsədlərinin oyuncaqları olduğunu göstərdi.”
arannews:irna-Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani dırnaqarası beynəlxalq faktaraşdırıcı komitənin hesabatına münasibət bildirərək bildirib: “Beynəlxalq faktaraşdırıcı komitə deyilən qurumun yaydığı hesabatı qətiyyətlə pisləyirik, yalan və qərəzli məlumatlara əsaslanan bu hesabatda əsassız iddiaların təkrarlanması hüquqi qüvvəyə malik deyil və rədd edilir.”

Kənani deyib: “Almaniya başda olmaqla bəzi qərb dövlətlərinin insan haqlarını gülünc şəkildə nümayiş etdirməsi və 2022-ci ilin dekabrında İranın daxili sabitliyi pozma layihəsinin iflasa uğramasından sonra onların bağışladıqları pullarla yaradılmış faktaraşdırıcı komitə deyilən heyət faktların və yalanların mütəşəkkil şəkildə təhrif olunduğu hesabatı dərc etməklə, nəinki həqiqəti axtarmadı, həm də məqsədyönlü şəkildə faktları alt-üst etdi.”

Mətbuat katibi açıqlamasının davamında deyib: “Beynəlxalq faktaraşdırıcı komitə deyilən qurum son hesabatını təqdim etməklə sübut etdi ki, alman, ingilis, amerikalı və sionist kimi təsisçilərin gündəminə uyğun olaraq və onlardan maaşlarını alaraq fəaliyyət göstərir və Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mexanizmlərini yuxarıdakı rejimlərin pis və qeyri-qanuni məqsədləri üçün oyuncağa çevirib.”

XİN sözçüsü deyib: “Beynəlxalq faktaraşdırıcı komitə deyilən qurumu təsis edənlər İran İslam Respublikasındakı mövcud təhlükəsizlik və sabitliyə görə, eləcə də 2022-ci il iğtişaşlarına müdaxilələrinin nakam qalmasına görə qəzəblidirlər. Həmin səbəbdən bu hesabatı dərc etməklə İran xalqından qisas almaq niyyətindədirlər.”

Kənani bildirib: “Bu ölkələrə tövsiyə olunur ki, İrana yersiz müdaxilə əvəzinə öz ölkələrində insan hüquqlarının pozulması hallarına diqqət yetirsinlər, xüsusən də insan haqlarına və qadın hüquqlarına qarşı zərrə qədər dürüstlük və mərhəmətləri varsa, Fələstində minlərlə qadın və uşağın hüquqlarının pozulmasına və 5 ayda 30 mindən çox fələstinlinin –onların 70 faizdən çoxu qadın və uşaqlardır – qətliam edilməsinə diqqət yetirsinlər, Qəzzada soyqırım və insanlığa qarşı cinayətlərin davam etməsini dəstəkləməsinlər.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi 2022-ci il iğtişaşlarını araşdırmaq üçün (Prezident tərəfindən seçilən) xüsusi komitənin yaradılmasına toxunaraq deyib: “Sözügedən komitə son bir neçə gündə yekun hesabatını İran Prezidentinə göndərib.”

  • Yazılıb
  • da (də) 2024 Mar 09
  • Göndərən رضا رستمی