Tarix : 2024 Mar 11
Kod 64679

Ordu və SEPAH komandanlarına Fəth nişanı verildi

Ali Baş Komandan İran İslam Respublikası Ordusunun Baş Komandanı və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanını Fəth nişanı ilə təltif edib.
arannews:irna -Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Hüseyn Səlamini Fəth nişanı ilə təltif edib.

Bu mükafat Ordu və SEPAH komandirlərinə silahlı qüvvələrin müdafiə və döyüş gücünün və çəkindirmə gücünün təkmilləşdirilməsində göstərdikləri fəaliyyətlərinə görə verilib.

Fəth nişanı İslam mücahidlərinin zəfərli əməliyyatlarının simvolu olaraq bu  əməliyyatların fatehləri üçün seçilib.

Bu nişan üç xurma yarpağı, Xürrəmşəhr Came Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağından təşkil olunub.

  • Yazılıb
  • da (də) 2024 Mar 11
  • Göndərən رضا رستمی
Açar sözlər