Sionist medialardan biri Fələstin müqavimətinin Qəzza üzərində artan nəzarəti ilə bağlı xəbərdarlıq edib və bu bölgədə bir əlaltı hökumətin qurulması üçün təcili qərarın verilməsinə çağırıb.
arannews:irna-Sionist rejimə aid “İsrael News” yazıb: “İsrail rəsmiləri Qəzzanın gələcəyi ilə bağlı hələ qərar verə bilmədikləri halda, HƏMAS Qəzza və bu bölgəyə humanitar yardım üzərində nəzarətini artırır. Ona görə də dərhal qərar qəbul edilməlidir.” Bu sionist media Fələstin Muxtar Hökumətinin təhlükəsizlik aparatının rəhbəri Macid Fərəci İsrail rejiminin Qəzzanı idarə etmək üçün variantlarından biri adlandıraraq əlavə edib: “İsrail təhlükəsizlik rəsmiləri Qəzzaya rəhbərlik etmək üçün Macid Fərəcə dəstək olmağı düşünür.”
“İsrael News” Qəzzanı idarə etmək üçün Macid Fərəcin işğalçı rejimin müharibə naziri Yoaf Gallant tərəfindən də dəstəkləndiyi variantlardan biri kimi təqdim edib.
Mənbə bunu da qeyd edib ki, Macid Fərəc Fələstin Muxtar Hökumətinin işğalçı rejimin daxili casusluq təşkilatı (Şin Bet), Amerika casusluq təşkilatı (CIA) və ərəb ölkələrinin təhlükəsizlik orqanları ilə təhlükəsizlik əlaqələrinə məsul şəxsdir.