Həmin qüvvələr 350 hərbi texnikanın müşayiəti ilə regionda olan sülhməramlı qüvvələrə qatılacaqlar
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya ordusunun yüksək rütbəli rəsmilərinin biri Abxazistanda 9-min rus əsgərinin yerləşdiriləcəyindən xəbər verib. Frans Pressin Moskvadan verdiyi məlumata görə, Rusiyanın Abxaziya məntəqəsindəki sülhməramlı qüvvələr komandasının müavini Aleksandr Novistki əlavə olaraq, bildirib: Həmin qüvvələr 350 hərbi texnikanın müşayiəti ilə regionda olan sülhməramlı qüvvələrə qatılacaqlar.
Novistki həmçinin deyib: Abxaziyadakı rus sülhməramlılarını gücləndirməkdəki əsas niyyət, Cənubi Osetiyanın mərkəzi Sxinvalidəki sülhməramlıların üzləşdiyi təhlükənin təkrarlanmasına mane olmaqdır.
Novistki xatırlayaraq bildirib ki, Rusiya qüvvələri mülki əhalinin təhlükəsizliyini qorumaq və insan faciəsinə mane olmaqfs özünü borclu bilir.
Qeyd edək ki, Gürcüstanın Cənubi Osetiyaya qarşı hücumunun ardınca tanınmamış Abxazistan Respublikasının başçıları da Gürcüstan əleyhinə müharibə elan ediblər.