Qətər sionist rejimin Qəzza zolağında jurnalistlərə qarşı törətdiyi cinayətlərin müstəqil və təcili araşdırılmasını tələb edib.
arannews:irna-Qətər hökuməti Qəzza zolağının müasir müharibələr tarixində jurnalistlər arasında ən çox qurbanın şahidi olduğunu vurğulayıb. Bu xəbərə görə, Qətərin BMT İnsan Haqları Şurasındakı nümayəndəsi Qəzza zolağında jurnalistlərin müdafiəsinin vacibliyini vurğulayıb.
Abdullah Nasir əl-Neməh bildirib ki, Qəzzada müharibə başlayandan bəri bu ərazidə 130-dan çox jurnalist şəhid olub, 16 jurnalist yaralanıb, daha 4 nəfər itkin düşüb.
Qətərin BMT İnsan Haqları Şurasındakı nümayəndəsi əlavə edib: “İşğalçı İsrail rejimi də 25 jurnalisti həbs edib və bu saylar hər an artır.”
Əl-Neməh bu sahədə dərhal və müstəqil araşdırma aparmağa çağırıb, bu cinayətlərə görə sionist rejimin cavab verməsi və cəzalandırılmasının zəruriliyini vurğulayıb.