Tarix : 2024 Mar 20
Kod 64695

ÜST sionist rejimin Qəzzada tibb mərkəzlərinə hücumlarının davam etməsindən dərin narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sionist rejim ordusunun Qəzzada tibb mərkəzlərinə vəhşicəsinə hücumlarının təkrarlanmasından böyük narahatlığını ifadə edib, bu hücumların tibb işçilərinin, xəstələrin və mülki şəxslərin həyatını təhlükə altına qoyduğunu bildirib.
arannews:irna-Sionist rejim ordusunun Qəzzadakı Şəfa xəstəxanasına hücumunun ardınca ÜST Baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsindəki şəxsi səhifəsində sionist rejim ordusunun bu hərbi hücumundan çox narahat olduğunu bildirib, bu silahlı münaqişələrin tibb işçilərini, xəstələri və mülki insanları risk altında qoyması ilə bağlı xəbərdarlıq edib.
  • Yazılıb
  • da (də) 2024 Mar 20
  • Göndərən رضا رستمی