Ayətullah Rəisi müqəddəs Ramazan ayı ilə kəsişən yeni ili təbrik edərək hökumətin son 30 ayda gördüyü işləri və 45 vilayət səfəri edidiyini açıqlayıb.
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi yeni ilin başlanması münasibəti ilə etdiyi çıxışda deyib: İranda Novruz qohumlarla əlaqə kimi İslam adətləri ilə bağlıdır. Bu ilin təbiət baharı Quranın baharı və oruc tutmaq ilə yanaşı olub. Ona görə də, İran xalqının sevgisi daha xüsusi bir formaya malikdir. İlin təhvil olması duasında Allahdan yaxşılığa doğru dəyişiklik və çevrilmə diləyirik. Prezident əlavə edib: 1402-ci il mühüm hadisələrlə eniş-yoxuşlarla dolu olub, həm şirin, həm də acı hadisələr olub. Lakin hadisələrin nəticəsi İranın bütün sahələrdə yüksəliş ili olub İnqilabının rəhbəri 1402-ci ili “istehsalın artımı və inflyasiyanın tənzimlənməsi ili” adlandırdı və hökumətin bütün səyləri bunu həyata keçirməyə mərkəzləşdi.
Xalq hökuməti xalqdandır, xalqla və xalqın içindəndir.
Hökumətimizin “xalq hökuməti” kimi tanınmasından və xalqın yanında olmasından qürur duyduğunu bildirən prezident deyib: 13-cü hökumətdə 45 vilayət səfəri edilib; bu səfərlərin prioriteti insanların tələblərinə diqqət yetirmək, yarımçıq qalmış və mühüm layihələri başa çatdırmaqdır.
Qəzzə məsələsində düşmənə qarşı duruşun daha bir təzahürünü gördük. Dünya zalımları iki milyon azad Qəzza xalqını məhv etmək üçün bütün qüvvələrini topladılar. Ən yeni və ən müasir səngər əleyhinə bombalardan tutmuş milyardlarla dollara qədər pulla sionistləri təmin etdilər, lakin bacarmadılar.
Hicri şəmsi təqvimilə 1402-ci il həm də ixtilaflardan və sosial gərginliklərdən keçid ili idi. Bu xalqın düşmənləri bizim milli vəhdətimiz, birliyimiz üçün qarışıq yuxular görmüşdülər. Hicri şəmsi təqvimilə 1401-ci ildə yaradılmış fitnəyə görə milli birliyimizə, bütövlüyümüzə xələl gətirə bildiklərini düşünürdülər, lakin İran xalqı hadisə gününün adamları olduğunu göstərdi. Müxtəlif sahələrdə insanların mənalı iştirakı onları məyus etdi.
İnsanların iştirak etdiyi meydanlardan biri də İslam Şurası və Rəhbərlik Ekspertlər Məclisinin seçkiləri idi. Xalqın səhnədə olması ilə düşmənin seçkiləri boykot etmək planı iflasa uğradı. İndi növbə xalqın seçdiyi nümayəndələrin vəhdət və birliyi qoruyub saxlamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyindədir və biz də ümid edirik ki, yeni parlamentin əvvəlkindən daha çox empatiyası, əməkdaşlığı və yoldaşlığı ilə ölkənin inzibati sistemində dəyişikliklərin yaradılmasında, insanların həyatındakı düyünləri açmaqda daha böyük uğurlar görəcəyik.
O, gənclərə və yeniyetmələrə müraciət edərək dedi: Mənim əziz övladlarım! Bilin ki, sizin imkan, motivasiya və düşüncənizə və Allahın lütfünə arxalanmaqla “sabahın İranı” “bugünkü İran”dan qat-qat firavan, mütərəqqi və qabaqcıl olacaqdır. Biz sizi qiymətləndiririk və irəliləyişinizə yol açmaq üçün əlimizdən gələni edəcəyik.