arannews:irna-Ayətullah Seyid Əli Xamenei 1 fərvərdin 1403-cü il (20 mart 2024) çərşənbə günü günortadan sonra İmam Xomeyni (r) Hüseyniyyəsində cəmiyyətlə görüşündə deyib: “Mömin və saleh bəndələr təbiətin bahar nəsimindən və bu günün mənəviyyat baharından faydalana bilərlər. Ramazan baharının mənəvi nəsimi insan həyatına aydınlıq və təravət bəxş edir. Ramazan ayında xeyrə tərəf gedirsiniz.” O, çıxışının digər hissəsində Qəzzada baş verənlərlə bağlı vurğulayıb: “Qəzzada otuz mindən çox insan qətlə yetirilir, qərb dünyası bunu görür, hətta kömək edir.”
İslam İnqilabının Ali Rəhbəri deyib: “Qərbi Asiyada müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir. Müqavimət cəbhəsinin formalaşması sionist cinayətkarların davamlı zülmünə qarşı dayanmaq üçündür. Müqavimət öz imkanlarını ortaya qoydu və düşmənin bütün hesablamalarını alt-üst etdi.”
Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r) Hüseyniyyəsində əhali ilə Novruz görüşündəki çıxışının davamında Fələstin müqaviməti haqqında deyib: “Müqavimətin gücü amerikalıların bu bölgə üçün yanlış hesablamalarını alt-üst etdi; sionist rejim böhrandan çıxmaq üçün böhrana düçar olub; bu gün sionist rejimin qərar qəbul etmək gücü yoxdur.”
İslam İnqilabının Ali Rəhbəri müqavimət cəbhəsinin necə formalaşdığına toxunaraq deyib: “Bu bölgədə vicdanı oyaq olan insanların sionistlərin yetmiş ildir davam edən zülmünü gördükdə sakit oturmamaları və müqavimət göstərmək firkinə düşmələri təbiidir. Müqavimət cəbhəsinin formalaşması sionist cinayətkarların Fələstin xalqı və Fələstin tərəfdarları əleyhinə davam edən bu zülmünə qarşı dayanmaq üçündür.”
Ali Məqamlı Rəhbər çıxışının davamında deyib: “Digər məqam isə budur ki, son bir neçə ayda müqavimət cəbhəsi real vəziyyətini ortaya qoydu. Bəlkə də nə amerikalılar, nə qərblilər, nə də region hökumətləri müqavimətin nə qədər güclü olduğunu bilmirdilər və indi bunu başa düşdülər.
Amerikalılar bu bölgənin bütün vəziyyət və hadisələrinə nəzarət etməyə çalışırdılar. Müqavimətin gücü bu hesablamanı alt-üst etdi və göstərdi ki, belə bir şey mümkün deyil və amerikalılar bu bölgədə qala bilməz və bölgədən çıxmağa məcburdurlar.”
İslam İnqilabının Ali Rəhbəri Amerikanın müqavimət cəbhəsi ilə bağlı İrana qarşı ittihamlarına toxunaraq qeyd edib: “Amerikalılar bölgə əhalisini tanımırlar. Həm xalqları, həm də bu xalqların cəsur gənclərini təhqir edirlər. Bunlar özləri təfəkkür əhlidir, iradə əhlidir, qətiyyətli əzmləri vardır, cəsurdurlar. Təbii ki, biz müqaviməti müdafiə edirik. Müqavimət qruplarına bacardıqca dəstək də veririk. Onların işini yüksək qiymətləndiririk. Ancaq qərar verən və hərəkət edən onların özləridir.”
O, əlavə edib: “Sionist rejimin mövcudluğu ilə bölgədə böyük zülm baş verir. Bu, on illərdir davam edən çox böyük zülmdür. Bu zülmə son qoyulmalıdır. Kim bu böyük cihada, insani cihada, islami cihada, vicdani cihada girsə, biz onun tərəfdarıyıq, onu dəstəkləyirik, ona kömək edirik və Allahın tövfiqi və qüdrəti ilə öz məqsədlərimizə çatacağıq.”