Rusiyanın BMT-dəki nümayəndəsinin müavini ABŞ-ın Qəzzada atəşkəsin yaradılması və həftənin sonuna kimi səsvermənin keçirilməsinin mümkünlüyü ilə bağlı təklif etdiyi qətnamə layihəsinə cavab olaraq deyib: “Bu qətnamədə atəşkəs tələbi olmayıb və yoxdur”, amma “həqiqətdə İsrailin Rəfahdakı hərbi əməliyyatlarına yaşıl işıq yandırır”.
arannews:irna-Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski yerli vaxtla cümə axşamı Qəzzada atəşkəslə bağlı Amerikanın qətnamə layihəsini şərh edərkən, deyib: ABŞ Qəzza zolağında real atəşkəs istəmir və İsrailə "fələstinlilərlə problemləri həll etmək" üçün tam səlahiyyət verib. O bildirib: Biz Vaşinqtonun illüziyalarına qapılmamalıyıq. ABŞ hələ də real atəşkəsdə maraqlı deyil və Yaxın Şərqdəki ən yaxın müttəfiqinin fələstinlilərlə problemləri həll etməsi üçün əlindən gələni edir.
Bu rusiyalı diplomat vurğulayıb: “Bu qətnamədə atəşkəs tələbi olmayıb və yoxdur”, amma “həqiqətdə İsrailin Rəfahdakı hərbi əməliyyatlarına yaşıl işıq yandırır”.