Tarix : 2024 Mar 23
Kod 64703

İran Rusiyada törədilən terror aktını pisləyib

Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Moskvada ticarət mərkəzində törədilmiş və çoxlu sayda Rusiya vətəndaşının ölümü və yaralanması ilə nəticələnən qanlı və vəhşi terror aktını qətiyyətlə pisləyib.
arannews:irna-Nasir Kənani Rusiya hökuməti və xalqına, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, İran İslam Respublikası bu faciəvi hadisədə Rusiyanın yanındadır.

Media mənbələrinin məlumatına görə, bu gecə Rusiyada baş verən terror hadisəsində onlarla insan ölüb və yaralanıb.
 
  • Yazılıb
  • da (də) 2024 Mar 23
  • Göndərən رضا رستمی