Prezident Moskva yaxınlığında baş verən terror hadisəsi ilə bağlı başsağlığı mesajında beynəlxalq ictimaiyyəti bu hadisənin planlaşdırıcıları və günahkarlarının cəzalandırılması üçün ciddi addımlar atmağa çağırıb.
arannews:irna-Ölkəmizin Prezidenti Ayətullah Seyid İbrahim Rəisi Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində törədilmiş terror aktı nəticəsində bir sıra günahsız Rusiya vətəndaşlarının həlak olması ilə bağlı Rusiya Prezidentinə, hökumətinə və xalqına başsağlığı verib. Prezident, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı müraciətində Moskvada baş vermiş terror hadisəsində günahsız insanların həlak olması ilə bağlı ona, ölkəsinin hökuməti və xalqına başsağlığı verib, bu hadisəni qətiyyətlə pisləyib, Rusiya hökumət orqanlarının bu ölkənin milli təhlükəsizliyini qorumaq səylərini dəstəkləyib, həmçinin beynəlxalq ictimaiyyəti bu hadisənin planını cızanlarının və günahkarlarının cəzalandırılması üçün ciddi addımlar atmağa çağırıb.