İsrail Hərbi Nazirliyi, İsrail hökumətinə Gürcüstan ilə indiyə qədər etdiyi silah satışı ilə əlaqədar olan razılaşmaların dondurulmasını təklif edib
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstanın Cənub Osetyada başladığı qanlı müharibədən sonra Rusiyanın da Gürcüstana mərmi yağdırması, Gürcüstana silah satan İsraili narahat edib. Bu xəbəri "Birlik-Azərbaycan" İnformasiya Agentliyi "İsra-Habere" əsasən verir. İsrail Hərbi Nazirliyi, İsrail hökumətinə Gürcüstan ilə indiyə qədər etdiyi silah satışı ilə əlaqədar olan razılaşmaların dondurulmasını təklif edib.
İsrail Hərbi Nazirliyinin bu narahatlığının arxasında, Rusiyanın İsrailin Gürcüstana silah satmasına cavab olaraq Suriya və İrana inkişaf etmiş silahlar və müasir zenitlər satması dayanır. İsrail rəsmi radiosuna danışan bir səlahiyyətlisi "Rusiyadan İran və Suriyaya silah satmasını istəməmiz üçün bizim əlimizin təmiz olması lazımdır" deyib.
Qeyd edək ki, İsrailin Gürcüstana silah satışı Rusiya tərəfindən dəfələrlə etirazlarala qarşılaşmış, Rusiya-İsrail əlaqələrini təyin edəcək qırmızı xətt olduğu vurğulanmışdı. İsrail də Rusiyanın bu xəbərdarlığından sonra (6 ay əvvəl) Gürcüstana silah satışını dayandırdığını iddia etmişdi. Lakin İsrailin verdiyi bu qərar, davam edən razılaşmaları əhatə etmir.
Bir neçə ay əvvəl də Rusiya, Gürcüstanın İsraildən aldığı insansız təyyarələri vurmuşdu. Rusiya, bu təyyarələrin görünüşünü video-lentə çəkərək İsrailə nümayiş etdirmiş və İsraili etiraz etmiş, Gürcüstana silah satışını dayandırmasını istəmişdi. İsrailli səlahiyyətlilər isə, Rusiyadan istədiklərini yerinə yetirmədiyinə görə bu tələbə qarşı çıxmışlar.
İsrail kəşfiyyatına yaxınlığı ilə bilinən Debkada, İsrail ilə Gürcüstan arasındakı geniş hərbi əlaqələrin olduğunu göstərən bir analiz nəşr olunmuşdu. Analizdə "Keçən il Gürcüstan respublikanın başçısı İsrailin xüsusi təhlükəsizlik şirkətləriylə razılaşma imzalamış və yüzlərlə hərbi məsləhətçi-ekspert təyin etmişdir. 1000-ə qədər olduqları təxmin edilən bu ekspertlər Gurcu ordusunun komando, hava, quru və dəniz taktikaları sahəsindəki təhsilini artırır, bu ekspertlər eyni zamanda hərbi kəşfiyyat və mərkəzi hökumətin təhlükəsizliyini də üzərlərinə götürübmüşlər. Tiflisin
İsraildən silah və elektronik döyüş və kəşfiyyat cihazları da aldığı bildirilir" deyilmişdi.
Elə ötən gün Rusiyanın xarici işlər nazirinin də vurğuladığı məsələ bu haqda idi. Beləki, Rus Xarici işlər Naziri Sergei Lavrovun "Gürcüstanın qərbli müttəfiqləri" ifadəsiylə ad vermədən İsraili qınamışdır. Lavrov, New York Timesin bildirdiyinə görə "Gürcüstana silah təmin edənlər can itkinlərinə görə cinayətə ortaq olduqlarını hiss etməlidirlər" demişdi. İsrailli diplomatik səlahiyyətlilər Lavrovun şərhlərinin Gürcüstanı silahla təmin edən ABŞ, Ukrayna və İsraili hədəflədiyi söyləyirlər. Maariv qəzetinin yuxarı səviyyəli İsrailli diplomatlardan verdiyi xəbərə görə İsrail şirkətləri Gürcüstana 300 milyon dollarlıq hərbi vəsait satmışlar.
Onu da qeyd edək ki, İsrail ilə yanaşı ABŞ və Ukraynada Gürcüstanın silaha olan ehtiyaclarının təmin edir.