HƏMAS Siyasi Ofisinin rəhbəri deyib: “BMT Təhlükəsizlik Şurasının son qətnaməsi sionist rejimin görünməmiş təcridini göstərir və Amerikanın öz istəyini dünya ictimaiyyətinə sırımağa iradəsi və gücü çatmır.”
arannews:irna-HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə çərşənbə axşamı ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransında deyib: “İran Fələstin ideyası və xalqını dəstəkləməkdə ön sırada dayanmışdır. Biz sionist rejimlə mübarizə prosesində tarixi bir mərhələdən keçirik və Əl-Əqsa Tufanı dönüş nöqtəsidir.” İsmayıl Həniyyə deyib: “Ümumilikdə Fələstin xalqı əfsanəvi müqavimət göstərdi və bu müqavimət xalqımızın cinayətlərə, soyqırımlara qarşı başıucalığını sübut edir.”
O, əlavə edib: “Bütün ağır xərclərə baxmayaraq, sionist rejim hərbi məqsədlərinə nail ola bilməyib və bu gün siyasi və beynəlxalq dəstəyi itirməkdədir. Dünən qətnamə qəbul olundu, baxmayaraq ki, bu gecikdi və orada müəyyən nöqsanlar da vardır.”
HƏMAS Siyasi Ofisinin rəhbəri daha sonra deyib: “BMT Təhlükəsizlik Şurasının son qətnaməsi sionist rejimin görünməmiş təcridini göstərir. Amerikanın da öz istəyini dünya ictimaiyyətinə qəbul etdirməyə iradəsi və gücü çatmır. Bu məsələ islami müqavimətin və Fələstin xalqının misilsiz müqavimətini göstərir.”
Sonda Həniyyə qeyd edib: “İslam İnqilabının Ali Rəhbərinə, İran Respublikası Prezidentinə və İran xalqına xüsusi minnətdarlığımı bildirirəm. Qarşıdan Beynəlxalq Qüds Günü gəlir. Bu mühüm hadisə Əl-Əqsa Tufanı əməliyyatının davam etməsi ilə eyni zamandadır. Ümid edilir ki, İslam ümməti Beynəlxalq Qüds Günündə geniş və cəsarətli iştirak edəcək.”