HƏMAS Siyasi Ofisinin rəhbəri cümə axşamı səhər saatlarında Baharistanda İslami Şura Məclisinin sədri Məhəmmədbaqir Qalibaf ilə görüşüb.
arannews:irna-Çərşənbə axşamı 26 martda Tehrana səfər etmiş HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei və ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Dünən HƏMAS Siyasi Ofisinin rəhbəri və onu müşayiət edən nümayəndə heyəti ölkəmizin Prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb.
Səfər çərçivəsində Həniyyə Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyan və Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə gö rüşüb.