Prezident İran İslam Respublikasının müqavimət hərəkatı və Qəzzanın məzlum və qüdrətli əhalisinə dəstək strategiyasını vurğulayaraq, bəzi İslam ölkələri başçılarının Fələstin xalqı qarşısında öz vəzifəsini yerinə yetirməkdə passivliyindən və fəaliyyətsizliyindən şikayətlənib və əlavə edib: “Qəzza əhalisinin müqaviməti sionist rejimə qarşı müqavimət diskursunun uğurunu sübut etdi.”
arannews:irna-Seyid İbrahim Rəisi 28 mart cümə axşamı günortadan sonra Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad əl-Nəxalə ilə görüşdə Qəzzadakı müqavimət qruplarının sionist düşmənin cinayətləri qarşısında göstərdiyi şücaəti, həmçinin fələstinli qrupların birliyini təqdir etməklə yanaşı deyib: “Bu gün Qəzza Fələstin xalqının müqavimət və imanının sionist rejim və ABŞ-ın qaranlıq, zülmkar və misli görünməmiş cinayətləri qarşısında dirənişinin qələbə və zəfər səhnəsidir.” Bu görüşdə Fələstin İslami Cihad Hərəkatının Baş katibi də İran hökuməti və xalqını mübarək Ramazan ayı və yeni il münasibətilə təbrik edib, İran xalqının Qəzza əhalisinin müqavimət və sabitlik ideallarına sarsılmaz dəstəyini yüksək qiymətləndirib və şəhid general-leytenant Hacı Qasim Süleymaninin xatirəsini ehtiramla yad edərək deyib: “Bu gün Fələstin xalqı öz möhkəm duruşu ilə sionist düşməni və onun müttəfiqlərini, xüsusən də Amerikanı təəccübləndirib.”