İslami Cihad Hərəkatının Baş katibi deyib: “Sizə vəd edirəm ki, bu döyüşdə qalib gələcəyik və Fələstin xalqının möhkəm duruşu bütün dünya üçün nümunə olacaq və sonda qalib kimi sizinlə yenidən görüşəcəyəm.”
arannews:irna-İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxalə bu gün (şənbə) günorta saatlarında ölkəmizin Xarici İşlər naziri Əmir Abdullahiyan ilə görüşdən sonra mətbuat konfransında deyib: “İranın Xarici İşlər naziri ilə mühüm görüşümüz oldu. O, son aylarda Əl-Əqsa Tufanı döyüşündə böyük rol oynamış, Fələstinin və müqavimətin yanında olmuşdur.” O, əlavə edib: “İran İslam Respublikasının fəal diplomatiyası Fələstin müqavimətinin mövqelərini izah etməkdə və ona dəstək verməkdə böyük rol oynayıb və bu, bizim gözlədiyimiz məsələdir.”
İslami Cihad Hərəkatının Baş katibi sonra deyib: “Biz bilirik ki, İran İslam Respublikası İslam İnqilabının əvvəlindən Fələstin müqavimətinin yanında olub və bunun əvəzini də ödəyib. Fələstinin hüquqlarını müdafiə etdiyi üçün İrana qarşı çoxlu sanksiyalar tətbiq edilib.”
Nəxalə vurğulayıb: “İran Fələstin xalqının dəstəkləyicisidir. Fələstinin Əl-Əqsa Tufanında mübarək möhkəm duruşu davam etdirə bilməsi sadə məsələ deyil. Bu, İran İslam Respublikasının açıq və bu illər ərzində bütün səviyyələrdə olan dəstəyi hesabına mümkün olmuşdur.”
İslami Cihadın lideri sonda deyib: “Bizi hər zaman dəstəklədiklərinə görə İran Rəhbərinə, İran rəsmiləri və məsul şəxslərinə və İran xalqına ürəkdən təşəkkür edirik. Mən sizə vəd edirəm ki, bu döyüşdə qalib gələcəyik və Fələstin xalqının möhkəm duruşu bütün dünya üçün nümunə olacaq və sonda qalib kimi sizinlə yenidən görüşəcəyik