İlahi günlərdən olan 12 Fərvərdin məzlumların zorakılar üzərində qələbəsinin təzahürü və beynəlxalq siyasət sferasında qlobal ədalət yönümlü hökumətin həyata keçirilməsi istiqamətində təməl olaraq məhrumlar və məzlumlar üçün yeni, zəngin və ümidverici bir dialoqa səbəb oldu.
arannews:irna-12 Fərvərdin İslami İranın tarixi və mühüm günlərindən biridir. Bu gün xalqın böyük əksəriyyəti ilə ölkənin siyasi sistemi 2500 ildən sonra şahlıq sistemindən İslam Respublikası sisteminə və xalq hakimiyyətinə çevrildi. Həzrət İmam Xomeyni (r) 12 Fərvərdin seçkilərində xalqın hüzurunu yüksək qiymətləndirərək müraciətində bildirdi: “Allah məzlumların yer üzündə hakimiyyətini istəmişdir. Mən bu mübarək gündə, ümmət və imamət gününü, ümmətin fəth və zəfər gününü İran İslam Respublikasını elan edirəm.” İmamın fəxri quruluşun iqtidar məzhərinin xalqın olması idi.
İslami İran ilk seçkilərində göstərdi ki, ədalətin həyata keçirilməsində kişi və qadın və dini azlıqlar arasında heç bir fərq yoxdur və bu məsələdə hamı bərabərdir.
İranda respublika quruluşunun ondan çox seçkiləri və referendumları keçirilib və sistemin bütün sütunları və məsul şəxsləri birbaşa və dolayısı ilə xalqın səsi ilə seçilmişdir.