Tarix : 2024 Apr 03
Kod 64723

İslam İnqilabının Ali Rəhbəri: Onları bu və bunun kimi cinayətlərə görə peşman edəcəyik

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei İslamın rəşadətli sərkərdəsi general-mayor Məhəmmədrza Zahidi və onun bir qrup döyüş yoldaşının qəsbkar və mənfur sionist rejim tərəfindən şəhid edilməsi münasibəti ilə ünvanladığı müraciətdə vurğulayıb: “Onları bu və bunun kimi cinayətlərə görə peşman edəcəyik, Allahın güc və qüvvəti ilə.”
arannews:irna-İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

İslamın rəşadətli və fədakar sərkərdəsi general-mayor Məhəmmədrza Zahidi, hörmətli döyüş yoldaşı general Məhəmməd Hadi Hacı Rəhimi ilə birlikdə qəsbkar və mənfur sionist rejimin cinayəti ilə şəhid oldular. Allahın və övliyalarının salamı və rəhməti onların və bu hadisənin digər şəhidlərinin üzərinə olsun, lənət və nifrini qəddar və işğalçı rejimin başçılarına olsun.

Bizim şəhidlərimiz mehriban Allah tərəfindən uzun müddətli mücahidliklərinin qəbul nişanını aldılar və indi onlar övliyaların və salehlərin arasında ilahi nemətlərdən bəhrələnirlər.

Sərdar Zahidi altmışıncı illərdən təhlükə və mübarizə meydanlarında şəhidlik intizarında idi. Onlar heç nə itirməyiblər və öz mükafatlarını alıblar, lakin onların itkisinin kədəri İran xalqı, xüsusən də onları tanıyanlar üçün ağırdır.

Şər rejim bizim igidlərimizin əli ilə cəzalandırılacaq. Onları bu və bunun kimi cinayətlərə görə peşman edəcəyik, Allahın güc və qüvvəti ilə.

Salam olsun Allahın saleh bəndələrinə

  • Yazılıb
  • da (də) 2024 Apr 03
  • Göndərən رضا رستمی