Tarix : 2024 Apr 06
Kod 64729

Nəsrullah: İranla müttəfiqlik fəxr və şərəfdir – Vaşinqton regiondakı cinayətlərin pərdə arxasındadır

Livan Hizbullahının baş katibi İsrailin bu bölgədə məğlub olmasını qəbul etmək istəməyənlərin olduğuna işarə edərək, deyib: İran İslam Respublikası öz mövqelərində dayanıb və işğalçılara qarşı müqaviməti dəstəkləməyə davam edir. Əl-Əqsa tufanı əməliyyatı sionist rejimin varlığını təhlükəyə atıb və regiondakı bütün cinayətlərin arxasında Vaşinqton dayanır.
arannews:irna-Seyid Həsən Nəsrullah Beyrutun cənub bölgəsində Ümumdünya Qüds Gününün qeyd edilməsi mərasimində əlavə edib: İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücum həlledici hadisədir və ondan sonrakı dövr ondan əvvəlki dövrdən fərqli olacaq.

Livan Hizbullahının baş katibi əlavə edib: İran İslam Respublikası öz mövqelərində dayanıb və işğalçılara qarşı müqaviməti dəstəkləməyə davam edir. İran bütün müqavimət qruplarını dəstəkləyir və mövqeyini dəyişmək istəsəydi, indiyə qədər bunu edərdi. İndiki dövrdə İranla əlaqə saxlamaq və onunla müttəfiq olmaq fəxr və şərəfdir və Vaşinqtonun regionda törədilən bütün cinayətlərin pərdə arxasında olduğunu bilənlər utanmalıdırlar.

Nəsrullah əlavə etdi: Əl-Əqsa tufanı əməliyyatı bölgədə tarixi bir hadisədir, ondan sonrakı dövr ondan əvvəlki kimi olmayacaq. Bu əməliyyat sionist rejimin varlığını və sağ qalmasını təhlükəyə atıb.

Livan Hizbullahının baş katibi çıxışını davam etdirərək qeyd edib: Qəzzaya təcavüz ağlını itirmiş insanların müharibəsidir və israillilər indi çaşqındırlar və Qəzzada müharibənin bitməsinin ertəsi gün vəziyyətin necə olacağını belə bilmirlər.

  • Yazılıb
  • da (də) 2024 Apr 06
  • Göndərən رضا رستمی