Tarix : 2024 Apr 09
Kod 64733

İranın BMT-dəki səfiri: Amerika bütün etibarını Qəzzədə soyqırımı dəstəkləməyə sərf etdi

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Baş Assambleyasının iclasında Fələstinlə bağlı deyib: “Amerika bütün etibar və abrını Qəzzədə soyqırımı dəstəkləməyə sərf etdi.”
arannews:irna-İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi BMT-nin Baş Assambleyasının iclasında əlavə edib: “Bütün beynəlxalq tələblərə və atəşkəsin yaradılması ilə bağlı Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin qəbul edilməsinə baxmayaraq, İsrailin beynəlxalq qaydalara məhəl qoymaması və amansız bombardmanları, Qəzzə xalqına qarşı soyqırımı davam etdirməsi ilə Qəzzədə viranedici vəziyyət davam edir, regionda təhlükəsizlik və humanitar vəziyyət şiddətlənib.”

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı çıxışının davamında deyib: “Qəzzədə vəhşi hərəkətlər və soyqırım aktları, eləcə də beynəlxalq hüququn dəfələrlə pozulması ABŞ-ın açıq razılığı və tam siyasi, maliyyə və hərbi dəstəyi və iştirakı olmadan mümkün deyildi.
  • Yazılıb
  • da (də) 2024 Apr 09
  • Göndərən رضا رستمی