İslam ölkələrinin rəhbərləri və xalqını Fitr bayramının gəlişi münasibətilə təbrik edən prezident builki möhtəşəm Qüds yürüşünü Fələstin məzlum xalqına hərtərəfli dəstəyin əlaməti hesab edib və vurğulayıb: Sionist işğalçı rejim tərəfindən Qəzzanın bombalanmasına və mühasirəsinə son qoyulması və sonra humanitar yardımların göndərilməsi üçün bu dəyərli izdihamdan istifadə etmək lazımdır.
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı İslam ölkələrinin rəhbərləri və xalqlarına müraciətində Fitr bayramının gəlişini təbrik edərkən qeyd edib ki, Ramazan bayramı ərəfəsində İslam dünyası hələ də sionist qəsbkar rejimin Fələstin və Qəzzada törətdiyi vəhşicəsinə cinayətlərlə üz-üzədir. O, deyib: İslam ölkələri insanlıq və soyqırım cinayəti olan sionist rejimin davam edən hücumlarını dayandırmaq və müdafiəsiz Qəzza xalqının iztirablarını azaltmaq üçün insani və dini məsuliyyət daşıyırlar.