İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələrinin komandanı general Təngsiri Əl-Məyadin telekanalına müsahibəsində sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumuna işarə edərək, vurğulayıb: İran “qətiyyətlə” cavab verəcək, lakin “tələsik” və ya “emosional” hərəkət etməyəcək.
arannews:irna-General Təngsiri bu müsahibəsində “bu cür cinayətin müharibədə belə baş vermədiyini və səfirliklərin təhlükəsiz yer sayıldığını, hansı ölkədən gəlsə, (adətən) o ölkənin ərazisi sayıldığını” bildirərək deyib: Həmin səfirlikdə təkcə hərbi məsləhətçilər deyil, qadınlar və uşaqlar da var idi. Bu yeri vurmaq cinayət deməkdir...
İranın cavabı ilə bağlı Təngsiri deyib: Bu baş verib və biz beynəlxalq ictimaiyyətin bununla məşğul olmasını gözləyirik. Amma möhtərəm rəhbərimiz Ayətullah Xameneinin buyurduğu kimi, bunların cavabı veriləcək, amma biz emosional və tələsik davranmırıq... Biz şillə zərbəsi alan və şillə vurmayan tip deyilik. Lazım olan vaxtda o sərt silləni vuracaqlar, inşallah, amma tələsməzlər. Silahlı qüvvələrimizin başında Allahı tanıyan, səbirli və müdrik alimimiz var. İran silahlı qüvvələrində rasionallıq hökm sürür. Yerində, nə vaxt uyğun görsək kimi hərəkət edirik. Cavab veririk. Belə deyil ki, cavabsız qoyaq. Həzrət Ayətullah Xameneinin dediyi kimi; Biz döyüşə hazır qüvvəyik, bizə nə əmr edilirsə, onu yerinə yetirməyə hazırıq. Nə etdiyimizi deməyimizi gözləyirsiniz. Biz hazırıq, əmr gözləyirik.