Tarix : 2024 Apr 11
Kod 64738

Yəmən Ənsarullah Hərəkatının lideri: Amerika və İngiltərəyə qarşı cihaddayıq

Yəmən Ənsarullah Hərəkatının lideri Fitr bayramı ilə bağlı müraciətində bütün dünya müsəlmanlarını, xüsusilə fələstinli mübarizləri təbrik edib və yəmənlilərin Amerika və İngiltərəyə qarşı cihad etdiyini vurğulayıb.
arannews:irna-Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi Fitr bayramı münasibəti ilə müraciətində deyib: “Fitr bayramı müsəlmanlar və qohumlar arasında qardaşlıq və sevgi bağlarını genişləndirmək üçün bir fürsətdir.” 

O, əlavə edib: “Qəzzədə mücahidlər orucun fəzilətini saleh əməl və cihadla birləşdirdilər. Onlar müqəddəs döyüşdə və ən şərəfli meydanlarda Allahın və bəşəriyyətin düşmənləri ilə vuruşurlar.”

Əl-Husi çıxışının davamında deyib: “Biz, Qəzzədə cinayətlərini davam etdirmək üçün Yəmənə hücum etmiş işğalçı sionist düşmənlə müharibədə, Amerika və İngiltərəyə qarşı cihaddayıq.” 

Ənsarullah lideri deyib: “Allahın verdiyi tofiqlərdən biri də bu oldu ki, xalqımız Fələstin xalqına yardım etməkdə və cihad bayrağını qaldırmaqda pay sahibi oldu, Allahın və bəşəriyyətin düşmənlərinə qarşı döyüşə girdi.”

  • Yazılıb
  • da (də) 2024 Apr 11
  • Göndərən رضا رستمی