Azərbaijan Servisi/Aran Agentliyi
İİR-nin Xarici İşlər Naziri Mənuçehr Müttəki İranla Az.R-nın məzhəb sahəsində birgə mənafeyi əlverişli fürsət hesab edərək, deyib: Bu ortaqlıqlar dostluqların sıxlaşmasına səbəb ola bilər. Müttəki bazar günü axşam çağı Tehranda Az.R-nın Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ilə görüşdə tacirlər, sənaye sahibkarları, mədəniyyət işləri köməkçiləri, media nümayəndələri və iki ölkənin fikir sahiblərini iki ölkə xalqlarının əlaqələrinin möhkəmlənməsinə səbəb olan fakt hesab edib.
İİR-nin Xarici İşlər Naziri habelə regionda ifratçılığı ABŞ-ın töhfəsi bilib və deyib: Hazırda ifratçılığı Əfqanıstanda, Pakistanda və digər yerlərdə yaradanlar üçün, o həll olunmaz bir problemə çevrilibdir. O, dostluq münasibətlərinin yaradılmasını İİR ilə Az.R Xarici İşlər Nazirliklərinin vəzifəsi hesab edərək, deyib:
Qonşu ölkələrlə birgə dinc yaşama İİR-nin prinsipial siyasətini təşkil edir. Bu məsələ ilə bağlı rəsmi Tehran Ermənistanla Az.R arasındakı problem və ixtilafların həllinə yardım etməyə hazırdır.
Hidayət Orucov da İranla münasibətlərin genişləndirilməsini Az.R-nın xarici siyasəti adlandırıb və deyib: Rəsmi Bakı müxtəlif sahələrdə Tehranla əlaqələrin genişləndirilməsinə dəstək verir.