Xarici işlər naziri İngiltərənin İsrail rejiminin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hava hücumunu pisləmək üçün hərəkətsizliyini tənqid edib.
arannews:irna-David Kameron və Hüseyn Əmir Abdullahian İngiltərə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında regiondakı son hadisələri və iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.
Tərəflər iki ölkə arasında münasibətlərdə bəzi irəliləyişlərə diqqət çəkərək, qarşılıqlı hörmətə əsaslanan mühitdə əməkdaşlığı gücləndirmək üçün birgə səyləri davam etdirmək istəklərini ifadə ediblər.