Tarix : 2024 Apr 13
Kod 64741

Livan Hizbullahı işğal altındakı Colan bölgəsində sionist rejimə qarşı kütləvi raket hücumu edib

Livan Hizbullahı işğal altındakı Colan təpələrində sionist rejimin artilleriyasına onlarla Katyuşa raketi atıb.
arannews:irna-Livan Hizbullahı habelə onlarla Katyuşa raketi ataraq işğalçıların Əl-Zaura bölgəsindəki hərbi bazalarını hədəf aldığını vurğulayıb.

Eyni zamanda sionist mediası Livanın cənubundan işğal altındakı Fələstinin şimalındakı Əsba əl-Cəlil bölgəsinə 50-dən çox Katyuşa raketinin atıldığını bildirib.

Sionist KİV-ləri həmçinin bildiriblər ki, işğal olunmuş ərazilərin şimal bölgələrində pilotsuz uçan aparatların sızma qorxusu səbəbindən davamlı olaraq həyəcan təbili çalınıb.

Əl-Məyadin kanalı da Livan Hizbullahına istinadən xəbər verib ki, bu hücum sionist rejimin Livan torpağına dəfələrlə təcavüzü, xüsusilə bu ölkənin cənubundakı Ət-Təybə və Əyta əş-Şəəb kəndlərinə edilən son hücuma cavab olaraq baş verib.
  • Yazılıb
  • da (də) 2024 Apr 13
  • Göndərən رضا رستمی