İran-Rusiya Parlament Dostluq Qrupunun rəhbəri Moskvada BRİKS Parlament Assambleyasının koordinasiya sessiyasının işə başladığını elan edib.
arannews: parstoday-BRİKS ölkələrinin Parlament Assambleyasının birgə iclasında iştirak etmək üçün Moskvaya səfər edən İran İslam Respublikası və Rusiya parlamentlər arası dostluq qrupunun rəhbəri İbrahim Rezayi deyib: “İranın BRİKS-ə üzvlüyünü nəzərə alaraq, yaxın vaxtlarda Rusiyada keçiriləcək üzv dövlətlərin 10-cu Parlament Assambleyasının proqramının koordinasiyası və məlumat mübadiləsi məqsədilə toplantıya start verilib”.
Moskva toplantısında Hindistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Efiopiya, Braziliya, Çin və digər üzv ölkələrin iştirak etdiyini qeyd edən rezayi əlavə edib ki, qrupa sədrlik bu il Cənubi Afrikadan sonra Rusiyaya verilib.
BRİKS qrupu dünya ərazisinin 30%-dən çoxunu, dünya əhalisinin yarısını və dünya iqtisadi gücünün 30%-dən çoxunu təşkil edən Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrika da daxil olmaqla beş inkişaf etməkdə olan iqtisadiyyatdan ibarətdir. Bu qrup dünya iqtisadiyyatına böyük təsir imkanlarına malikdir və transregional əməkdaşlıq sahəsində çox mühümdür.
2024-cü ilin yanvarından İran, Argentina, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Misir də qrupun tamhüquqlu üzvü olub.