Tarix : 2024 Apr 16
Kod 64747

Silahlı Qüvvələrin baş sözçüsü: İstənilən təcavüzkarın ayağını kəsəcəyik

Silahlı qüvvələrin baş sözçüsü biz istənilən təcavüzkarın ayağını kəsəcəyik deyərək, Amerika, İngiltərə, Fransa və Almaniyaya xatırladıb ki, sionist rejimə dəstəyi dayandırsınlar.
arannews:irna-General Əbülfəzl Şikarçi bəzi Qərb ölkələrinin liderlərinin sionist rejimə verdiyi dəstəyə münasibət bildirərkən deyib: Amerika, İngiltərə, Fransa və Almaniya liderlərinə xatırladırıq ki, məhv olmaqda olan şər, qanunu pozan, terrorçu və uşaq qatili olan rejimə dəstəyi dayandırsınlar. Siz çox yaxşı bilirsiniz ki, İran İslam Respublikasının müharibə tərəfdarı və müharibəni genişləndirmək niyyətində olmadığını sübut etdi.

O əlavə etdi: Amma siz və o aciz və çarəsiz rejim də daxil olmaqla, hər kim öz ayaqlarını yorğanından çölə uzatsa, biz onların ayaqlarını təcavüzkar və şər İsrailə əvvəlki cavabdan daha güclü şəkildə kəsəcəyik.

Silahlı qüvvələrin baş sözçüsü vurğuladı: Əgər biz sizə İslami İranın cəsur və qüdrətli adamlarının bu ilahi gücünün bir hissəsini “Doğru vəd” əməliyyatında göstərdik və düşmənə dağıdan raketlərin və PUA-ların gurultusu ilə sizin qabaqcıl radar və Hava Hücumundan Müdafiə Sistemlərinizdən və sionistlərə bağışladığınız sözdə dəmir günbəzdən keçdik  və o qondarma və cinayətkar rejimin hərbi qalalarını şumladıq.

  • Yazılıb
  • da (də) 2024 Apr 16
  • Göndərən رضا رستمی