Nyu-Yorkda olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yerli vaxtla cümə axşamı axşam saatlarında BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb və danışıb.
arannews:irna-Ölkəmizin diplomatik orqanının rəhbəri İran İslam Respublikası silahlı qüvvələrinin təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşı əməliyyatlarını qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində izah edib və deyib: Baxmayaraq ki, İran bu əməliyyatı daha geniş radiusda həyata keçirə bilərdi, yalnız ölkəmizin Dəməşqdəki səfirliyinə hücumun baş verdiyi sionist rejimin hərbi mövqeləri hədəf alındı.