Tarix : 2024 Apr 20
Kod 64755

General-mayor Musəvi: Bir neçə uçan obyektə atəş açıldı

Ordunun Baş komandanı İsfahanda eşidilən atışma səsi ilə bağlı deyib: “Sayıqlığımız sayəsində bir neçə uçan obyektə atəş açıldı.”
arannews:irna-Ordunun Baş komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi İsfahandakı partlayışın səsi ilə bağlı açıqlamasında deyib: “Bu səhər İsfahan səmasında baş verən partlayış zenit müdafiə sistemlərinin şübhəli obyektə atəş açması ilə bağlı olub. Heç bir hadisə və ya ziyan olmayıb.”

O, əlavə edib: “Müvafiq ekspertlər məsələnin ölçülərini araşdırır. Nəticə əldə edildikdən sonra məlumat verəcəklər.”

  • Yazılıb
  • da (də) 2024 Apr 20
  • Göndərən رضا رستمی