Sionist rejim ordusunun sözçüsü bu gün Qəzzəyə qarşı müharibənin başlanğıcından bu yana bu rejimin 3294 əsgərinin yaralandığını etiraf edib.
arannews:irna-Sionist rejim ordusunun sözçüsü Qəzzədə müharibənin başlanmasından indiyədək 3294 əsgərin və bu zolağa quru hücumundan sonra isə daha 1583 əsgərin yaralandığını elan edib.
Onun sözlərinə görə, müharibə başlayandan indiyədək 512 zabit və əsgər təhlükəli xəsarət alıb, hazırda 258 zabit və əsgərin müalicəsi davam etdirilir, onlardan 24-nün vəziyyəti ağırdır.
Bu ordu statistikaları sionist rejimin əsasən, bütün döyüşlərdə real statistika verməkdən imtina etdiyi bir vaxtdadır. Çox güman ki, yaralıların sayı ilə bağlı faktiki rəqəmlər indiki açıqlanan statistik rəqəmlərdən xeyli çoxdur.