Tarix : 2008 Aug 11
Kod 6477

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Münaqişə başlayandan Azərbaycanın hava sərhədini heç bir ölkənin təyyarəsi pozmayıb
Azərbaijan Servisi/Aran Agentliyi
Azərbaycanın Silahlı Qüvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıqov Gürcüstan kütləvi informasiya vasitələrinin Tiflisin mərkəzindən bir neçə km aralıda yerləşən Maxata dağında yerləşən radar idarəetmə məntəqəsini Azərbaycan tərəfdən gələn təyyarənin bombalaması barədə məlumatının tamamilə yanlış olduğunu bildirib. «Münaqişə başlayandan Azərbaycanın hava sərhədini heç bir ölkənin təyyarəsi pozmayıb. Azərbaycan özünün hava məkanından qonşu dövlətlərə qarşı istifadəyə, ölkənin hava sərhədlərinin pozulmasına yol verməyib və verməyəcək», deyə Nəcməddin Sadıqov vurğulayıb.
  • Yazılıb
  • da (də) 2008 Aug 11