“NBC News” saytı bu gün (çərşənbə) xəbər verib ki, Amerika polisi Corc Vaşinqton Universitetində Fələstin tərəfdarlarının düşərgəsində çadırları yığışdırıb və onlarla insanı həbs edib.
arannews:irna-Corc Vaşinqton Universitetinin rəsmiləri yaydıqları bəyanatda universitet şəhərciyində nümayiş keçirən tələbələrin universitetdən çıxarılması ehtimalı ilə bağlı xəbərdarlıq ediblər. Bu xəbərə görə, bu gün onlarla aksiya iştirakçısı etiraz meydanını tərk edərək Corc Vaşinqton Universitetinin rektorunun evinə doğru hərəkət etdikdən bir neçə saat sonra polis bu universitetdəki fələstinli tərəfdarların düşərgəsindəki çadırları yığışdırmağa başlayıb.
Corc Vaşinqton Universitetinin "GW Hatchet" adlı müstəqil tələbə qəzeti yazıb: “Polis nümayişçilərə üçüncü və son xəbərdarlığını edərək bildirib ki, çərşənbə günü (yerli vaxtla) saat 3:30-dan sonra kampusda qalan hər kəsi həbs edəcək.